“Mənə elə gəlir ki, Messiyə nəsə olub”

15:55 - 18 Aprel 2014

Xuan Manuel Asensi: "Onu heç vaxt belə qayğılı görməmişdim" 
 
“Barselona”nın sabiq kapitanı Xuan Manuel Asensi komandanın lideri Lionel Messinin oyunu ilə bağlı fikirlərini bildirib.
 
Sportal.az xəbər verir ki, 1970-80-ci illərdə katalonların aparıcı üzvü olan ispaniyalı veteran futbolçu argentinalı ulduzun özündə olmadığını deyib: 
 
“Messiyə görə çox narahatam. Son vaxtlar futbolçu özünə bənzəmir. Onun göstərdiyi oyun da bundan xəbər verir. Messi elə bir futbolçudur ki, heç vaxt pulu düşünməz. Dünya çempionatının final mərhələsinin oyunlarına başlanmasına hələ xeyli vaxt var. Bunu nəzərə alıb futbolçunun özünü qoruduğunu deyənlərə də mən inanmıram. Mənə elə gəlir ki, Messiyə nəsə olub. Onu hec vaxt belə qayğılı görməmişəm”.    

Xəbər xətti