"Bakı" "Qəbələ"ni məğlub edib çempion oldu

00:39 - 19 May 2014

Əliyevin yetirmələrindən minimal hesablı qələbə
 
U-19 liqasında sonuncu- 27-ci turun oyunları baş tutub.
 
Sportal.az xəbər verir ki, "Bakı" çempionluq uğrunda həlledici görüş çərçivəsində evdə “Qəbələ” ilə qarşılaşıb. Prinsipial görüşün yekununda baş məşqçi Qəhrəman Əliyevin yetirmələri 1:0 hesablı qələbəni bayram ediblər."Bakı"nın yeganə qoluna Elmin Əsgərli imza atıb.

Beləliklə, “Bakı” topladığı 64 xalla 2013/2014 mövsümünün çempionu olub.

Xəbər xətti