De Xea “Mançester Yunayted”i tərk edir

00:15 - 15 Noyabr 2014

23 yaşlı qolkiper "Real"a üz tutur
 
“Mançester Yunayted”in qapıçısı David De Xea klubla müqaviləsini uzatmaq fikrində deyil.
 
Sportal.az xəbər verir ki, 2016-cı ildə müqaviləsi başa çatacaq qolkiper Madrid “Real”ına keçmək istəyir.
 
Məhz bu baxımdan 23 yaşlı kiper “qırmızı şeytanlar”ın müqavilə müddətini uzatmaq təklifini qəbul etmir. İngiltərə təmsilçisi De Xeanın maaşını ikiqat artırmaqla futbolçunu heyətində saxlamağa çalışır.      

Xəbər xətti