"Real" - "Milan" 2:4 VİDEO

01:00 - 31 Dekabr 2014

Madrid təmsilçisi ili məğlubiyyətlə başa vurdu
 
Dubayda Madrid “Real”I ilə İtaliya təmsilçisi “Milan” yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
 
Sportal.az xəbər verir ki,  24-cü dəqiqədə Menez milanlıları hesabdə önə keçirib. 5 dəqiqə sonra Əl-Şəəravi ikinci dəfə madridliləri meydanın mərkəzinə dəvət edib. Fasiləyə qədər Kriştianu Ronaldo bu qollardan birinin əvəzini çıxıb.
 
Lakin ikinci hissənin əvvəlində yenidən Əl-Şəəravi hesab arasında fəri artırıb. 73-cü dəqiqədə Pazzini 4-cü dəfə madridlilərin qapı torunu silkələyib. Matçın sonunda Benzema penaltidən yararlansa da, “Real” məğlubiyyətdən qaça bilməyib  - 4:2. Bununla da “Kral klubu” 2014-cü ili “Milan” qarşısında aldığı məğlubiyyətlə başa vurub. Bu oyunda dubl edən 22 yaşlı Stefan Əl-Şəəravi matçın ən yaxşı oyunçusu seçilib.
 
 
 
 

Xəbər xətti