Eto`O "lənətlənmiş" villaya 18,5 milyon funt-sterlinq ödədi

16:45 - 17 Fevral 2015

40 otaqlı villa

 

"Sampdoriya"nın ulduz futbolçusu Samuel Eto`O Genuya vilayətinin Portefino şəhəri ərazisində yeni villaya sahib olub.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 30 kvadrat metr və 40 otaqlı villa üçün hücumçu 18,5 milyon funt-sterlinqindən keçməyə razı olub.

 

Qeyd edək ki, həmin ərazi Qədim Misir fironu Tutanhamon tərəfindən lənətlənmiş ərazi sayılır.

Xəbər xətti