"Xəzər Lənkəran" kubok oyunlarında

15:14 - 7 Mart 2016

68-ci matçı

 

“Xəzər Lənkəran”  Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” klubu ilə üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, martın 9-da “Bakcell Arena” stadionunda baş tutacaq bu görüş “Xəzər Lənkəran”ın ölkə kuboklarındakı sayca 68-ci matçı olacaq.

 

İndiyə qədər keçirdiyi 67-oyunda “Ağ-yaşıl” komanda 40-dəfə qələbə qazanıb, 13-dəfə məğlub olub, 14-görüşü isə heç-heçə bitirib. Komanda bu qarşılaşmalarda rəqib qapılarına indiyə qədər 131-top vurub öz qapısından 55-top buraxıb.

 

“Xəzər Lənkəran” 2004-cü ildən bəri ümumilikdə 3-dəfə ölkə kubokuna sahib çıxıb və daha iki dəfə finala gedib çıxsa da kuboku başı üzərinə qaldıra bilməyib. Belə ki, 2009/2010 mövsümündə “Bakı” və 2012/13 mövsümündə “Neftçi” ilə finalda qarşılaşan “Xəzər Lənkəran” istəyinə çata bilməyib. Komanda 2-dəfə Ağasəlim Mircavadovun və bir dəfə Rumın məşqçi Mirça Rednikin başçılığında kuboku  Lənkərana gətirə bilmişdir. (12cioyuncu.info)

Xəbər xətti