Tərlan Əhmədov: "Qışda komandada çox dəyişiklik edəcəyik"

18:25 - 27 Noyabr 2016

Azərbaycan Premyer Liqasının XIII turunda baş tutan AZAL - "Sumqayıt” oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Sportal.az Futbol11.az-a istinadən xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib: 
 
- Məğlubiyyətdənsə, 1 xal çox yaxşıdı. Komanda ilk hissədə yaxşı oynasa da, ikinci hissədə zəif təsir bağışladıq. Fasilədən sonrakı oyunumuz mənə də qaranlıq qaldı. İlqar Ələkbərovun yoxluğu bizə çox təsir edir, yarımmüdafiədə oyun qura bilmirik. Damla-damla, pilləkənləri bir-bir qalxırıq. Yəqin ki, qışda komandada çox dəyişiklik edəcəyik. Yanvarda daha çox hücum xəttini gücləndirməyə çalışacağıq. 
 
- Qoldan sonra azarkeşlə aranızda narazılıq yaşandı. Bu nə ilə bağlı idi?
- Azarkeş Rəşad Abdullayevə qeyri-etik sözlər deyirdi. Mən də dedim ki, onu başa salın. Düzdü, fanat da istəyir ki, komanda qələbə qazansın. Ancaq bəzi məsələlər var ki, ona diqqət etmək lazımdı.
 
- Tounkara nə vaxt komandaya qoşulacaq?
- İki-üç günə gəlməlidi. Daha dəqiq desək, ayın 28-i Bakıda olacaq.

 

Xəbər xətti