"Qəbələ" Türkiyə klubuna darmadağınla qalib gəldi

11:27 - 7 Noyabr 2017

Türkiyədə təşkil olunan “Limra Cup” turnirində növbəti oyunlar keçirilib.

 

Sportal.az xəbər verir ki, “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası yarışın 4-cü günündə “Kəmər Kartalları” ilə qarşılaşıb.

 

Keçirdiyi bütün qarşılaşmalarda böyükhesablı qələbə qazanan “qırmızı-qaralar” seriyanı bu dəfə də davam etdirib. Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda 6 cavabsız qolla qalib gəlib. “Qəbələ”nin heyətində Ziya Şəkərxanov iki, Ömər Cəbrayılov, Həsən Nəzərli, Murad Əbilov və Ömər Ağababayev hərəyə 1 dəfə fərqlənib.

 

Qeyd edək ki, bunadək “Manavqatspor”u 10:0, “BD Spor”u 4:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” 3 matçdan sonra 9 xalla liderlər qrupunda qərarlaşıb.

Xəbər xətti