"Qarabağ"ın bütün rəqibləri müəyyənləşdi

"Qarabağ" Antalyada baş tutacaq qış təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirəcək.

 

Sportal.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin artıq bütün rəqibləri və bu oyunların keçiriləcəyi tarixlər məlum olub.

 

"Atlılar" ilk matçında yanvarın 17-si Rusiyanın "Kuban" klubuyla qarşılaşacaq. Komanda yanvarın 20-si Polşanın "Lexiya", yanvarın 25-i öncə Makedoniyanın "Şkupi", daha sonra isə Ukraynanın "Mariopul" klublarıyla üz-üzə gələcək. "Qarabağ"ın beşinci sınağı Bosniya və Hersoqovinanın "Sarayevo" komandasına qarşı olacaq. Son yoxlama matçında isə fevralın 3-ü Monteneqronun "Mladost" komandası rəqib olacaq.

Tarix: 3 Yanvar [19:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2018
19  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio