15-ci turun hakimləri bəlli oldu

Sabah futzal üzrə Yüksək Liqada 15-ci turun 2 oyunu keçiriləcək. 

 

Sportal.az xəbər verir ki, qış fasiləsindən sonra keçiriləcək ilk oyunda əzəli rəqiblər üz-üzə gələcək. CBC Sport kanalında canlı yayımlanacaq matç 14:30-da start götürəcək. 

 

Turun ikinci oyununda isə cari mövsümün debütantları qarşılaşacaq. 

 

“Neftçi” – “Yasamal” oyunu isə qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb “Neftçi”nin bir neçə oyunçusunun səhhətində problem yaranmasıdı. 

 

Artıq oyunları idarə edəcək hakimlər də müəyyənləşib. Təyinatları diqqətinizə çatdırırıq:

 

“Araz” – EKOL
14 fevral. Bakı İdman Sarayı. Saat 14:30
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Azad Hüseynov
Hakim-inspektor: Ağarza Rzayev

 

“FK.İD.Futsal” – “Marafon Futsal”
14 fevral. Bakı İdman Sarayı. Saat 16:00
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Kənan Məlikov
Hakim-inspektor: Şahin Cəfərov

Tarix: 13 Fevral [14:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyul 2018
16  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio