Baqali Dabo ötən mövsümün nəticəsini yaxşılaşdırdı

Topaz Premyer Liqasının bombardiri Baqali Doba bu mövsüm vurduğu qolların sayını 12-ə çatdırıb.

 

Sportal.az xəbər verir ki, çempionatın 20-ci turunda “Keşlə” ilə səfər oyununda (1:1) fərqlənən "Qəbələ"nin hücumçusu ötən mövsümün bombardirlərini geridə qoyub.

 

Ötən mövsüm “Keşlə”nin sabiq hücumçusu Rauf Əliyev və “Qabələ”nin xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç 11 qolla şərikli bombardir olmuşdu.

 

Bu mövsüm Dabonu Amil Yunanov ("Sumqayıt" və Mahir Mədətov ("Qarabağ") izləyir. Hər iki futbolçunun aktivində 8 qol var.

Tarix: 14 Mart [15:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2018
24  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio