"Qəbələ" çempion oldu

17:30 - 25 May 2018

AFFA-nın təşkil etdiyi Bakcell U-17 Liqasına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, 2017/2018-ci il mövsümünun qalibi “Qəbələ” komandası olub. Mövsümün son turunun oyunundan sonra Qəbələ şəhər stadionunda liqanın qalibinə qızıl medal və kubok təqdim edilib. “Səbail” gümüş, “Neftçi” bürünc medallara sahib çıxıb. Gümüş və bürünc medalların sahiblərinə mükafatlar AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə təqdim edilib.

 

Liqanın ən yaxşı qapıçısı adına “Qəbələ” komandasından Elməddin Sultanov layiq görülüb. Mövsümün ən yaxşı oyunçusu “Səbail”dən Xəlil Bəşirov, ən məhsuldar oyunçu isə 33 qolla “Sumqayıt”ın üzvü İbrahim Novruzov olub.

 

Komandanın üzvlərinə mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və futbol veteranı Rüstəm Rəhimov təqdim ediblər.

 

Xəbər xətti