AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqasının 13-cü turunun “Sabah” - “Neftçi” matçının 33-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 70-ci dəqiqəsində “Sabah”ın futbolçusu Vanderson Silva ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 84-cü dəqiqəsində “Neftçi” klubunun futbolçusu Baqali Dabo ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
“Neftçi” klubunun idman direktoru Ceyhun Sultanov Kütləvi İnformasiya Vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə 10 oyun cəzalanır, klub 16000 manat cərimə olunur.
“Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. “Sabah” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödənilsin.
Azərbaycan Premyer Liqasının 13-cü turunun “Sumqayıt” - “Səbail” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasının 13-cü turunun “Qəbələ” - “Zirə” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 61-ci dəqiqəsində “Zirə”nin futbolçusu Bilal Həmdi ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasının 13-cü turunun “Qarabağ” - “Keşlə” matçında “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Birinci divizionun 12-ci turunun “Zirə-2” - “Şüvəlan” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Birinci divizionun 12-ci turunun “Keşlə-2” - “Neftçi-2” matçında “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 40-cı dəqiqəsində “Keşlə” klubunun futbolçusu Şirməhəmməd Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Birinci divizionun 12-ci turunun “Sabah-2” - “Ağsu” matçının 49-cu dəqiqəsində “Ağsu” klubunun futbolçusu Elnur Səmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Birinci divizionun 12-ci turunun “Zaqatala” - MOİK matçının 30-cu dəqiqəsində MOİK klubunun futbolçusu İsmayıl Muradov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Oyunun 33-cü dəqiqəsində “MOİK” klubunun futbolçusu Orxan Həsənov azarkeşləri təhqir etdiyinə görə 3 oyun cəzalanır klub 160 manat cərimə olunur.
Birinci divizionun 12-ci turunun “Kəpəz” - “Səbail-2” matçında “Kəpəz-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Birinci divizionun 10-cu turunun təxirə salınmış “Neftçi-2” - “Qarabağ-2” matçında “Qarabağ-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
saytlarin hazirlanmasi