Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri istefaya göndərilib.
Sportal.az xəbər verir ki, Rəşad Sadıqov U-21 və U-20, Zaur Həşimov U-18, Ramin Quliyev isə U-17 millisindən ayrılıb. Yalnız U-19-la mərhələ keçən Vüqar Məmməd işini davam etdirəcək.
Qeyd edək ki, bu baş məşqçilər 2017-ci il dekabrın 20-də vəzifələrinə təyin olunmuşdu.
saytlarin hazirlanmasi