Mövsümün 5-ci avtoqolu

13:56 - 11 Dekabr 2018

Topaz Premyer Liqasının cari mövsümündə 5-ci avtoqol qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, bu dəfə “Zirə”nin futbolçusu İlkin Qırtımov topu öz qapısından keçirib. O, XIV turun “Qarabağ”la ev oyununda (0:6) uğursuzluq yaşayıb. Avtoqollardan ikisi İlkinin komanda yoldaşı Adil Nağıyevin passivindədir. O, “Keşlə” və “Sumqayıt”la goruşlərdə “fərqlənib”. “Zirə”nin üzvlərinin üç avtoqolundan başqa “Qarabağ” və “Sumqayıt”ın oyunçuları da öz qapısına qol vurub. Sonuncuların qapıçısı Mehdi Cənətov “Keşlə”, “Qarabağ”lı Abbas Hüseynov “Neftçi” ilə görüşdə rəqibini sevindirən qolu vurub.

Xəbər xətti