Braziliya millisi 2019-cu ilin mart ayında Avropa ölkələriylə qarşılaşmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, bu barədə "Globo Esporte" nəşri məlumat yayıb. "Sambaçılar" Kopa Amerika turnirinə hazırlıq çərçivəsində qüvvəsini sınamaq istəyir. Cənubi amerikalıların rəqibi olmağa 10 namizəd ölkə var. Onların arasında Azərbaycanla yanaşı, Danimarka, Almaniya, Uels, Serbiya, Çexiya, Estoniya, Kosovo, Litva və Cəbəllütariq yığmaları da var.
Yoldaşlıq görüşləri gələn ilin 18 və 26 mart tarixlərində baş tutacaq. Məlumatda qeyd edilib ki, heç bir federasiya ilə oyunlar üçün anlaşma əldə edilməyib.
Qeyd edək ki, milli komandamız 2019-cu ilin martın 21-də AÇ-2020-nin seçmə mərhələsində Xorvatiyanın qonağı olacaq.
saytlarin hazirlanmasi