Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” turnirdə bu mövsüm sonuncu oyununu keçirib. Ağdam təmsilçisi Londonda “Arsenal”ın qonağı olub və 0-1 hesabı ilə uduzub.
E qrupunu 16 xalla "Arsenal" lider başa vurub. "Sportinq" 13 xalla 2-ci, "Vorskla" 3 xalla 3-cü olub. "Qarabağ" da 3 xal toplayıb və qrupu son pillədə tamamlayıb.
13 dekabr
Avropa Liqası
Qrup mərhələsi, 6-cı tur
E qrupu
00:00 "Arsenal" - "Qarabağ" - 1:0
Qol: Aleksandr Lyakazette, 17
Baş hakim: Yens Qrabski Maae
Yan xətt hakimləri: Lars Hummelqaard, Heyne Sorensen
Əlavə köməkçi hakimlər: Yorqen Dauqbyerg Burxardt, Morten Kroq
Dördüncü hakim: Yesper Dahl (hamısı Danimarka)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: Styrbyörn Oskarsson (Finlandiya)
London. "Emreyts".
saytlarin hazirlanmasi