Azərbaycan milli komandasının və "Qarabağ"ın sabiq hücumçusu Vüqar Nadirov hazırda Region Liqada çıxış edən "Bakı" klubunda çıxış edir.
Sportal.az saytınının əldə etdiyi məlumata görə, təcrübəli futbolçu yenidən Premyer Liqaya qayıda bilər. 31 yaşlı futbolçunun xidmətində "Sumqayıt" klubu maraqlıdır. "Gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Ayxan Abbasov Region Liqada qollarını sıralayan təcrübəli simanı sərəncamında görmək istəyir.
Qeyd edək ki, Vüqar Nadirov karyerası ərzində “Qarabağ”, “Karvan”, “Masallı”, “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter”, "Səbail" kimi klublarda çıxış edib. Nadirov milli komandamızın heyətində 61 oyun keçirib.
saytlarin hazirlanmasi