Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ" səfərdə "Arsenal"a 0:1 hesabıyla məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Oyun zamanı qondarma bayraqla meydana daxil olan azarkeş haqda verilən suala isə baş 46 yaşlı mütəxəssis belə cavab verib:
"Bu haqda çox danışmaq istəmirəm, sadəcə, qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, qorxaqlar bir addım atıb, sonra isə qaçırlar".
saytlarin hazirlanmasi