"Qarabağ" 10-cu günü tək məşqlə tamamladı FOTOLAR

13:55 - 16 Yanvar 2019

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam klubu hazırlığın 10-cu gününü tək məşqlə başa vurub. Məşq təxminən 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından taktiki tapşırıqları yerinə yetirib. Məşq iki tərəfli oyunla yekunlaşıb.

 

"Qarabağ" bu gün Bakı vaxtı ilə 18:00-da Macarıstanın "Uypeşt" klubu ilə yoxlama görüşü keçirəcək.

 

 

Xəbər xətti