Türkiyənin "Beşiktaş" klubunun yarımmüdafiəçisi Rikardu Kuarejma mövsümün sonunda klubdan ayrılacaq.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu sabiq klubu "Portu" ilə anlaşıb. Təcrübəli oyunçu Portuqaliya klubunda 1 il çıxış edəcək. Məlumata görə, Kuarejma "Portu"da 1 mövsüm oynadıqdan sonra futbolçu karyerasını başa vuracaq.
Qeyd edək ki, Kuarejma 2015-ci ildə "Portu"dan "Beşiktaş"a keçmişdi.
saytlarin hazirlanmasi