Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, İK Premyer Liqanın 24-cü turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Azərbaycan Premyer Liqasının 24-cü turunun “Qarabağ” – “Sabah” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Səbail” – “Neftçi” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra “Səbail”in futbolçusu Aleksandr Rıbka ikinci sarı vərəqə aldıqdan sonra təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub. Futbolçuya verilmiş 3 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
“Keşlə” – “Qəbələ” matçının 88-ci dəqiqəsində qonaq komandanın məşqçisi Elmar Baxşıyev hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
saytlarin hazirlanmasi