“InStat”ın təhlilinə əsasən, Topaz Premyer Liqasının XXIV turunun ən yaxşı futbolçusu məlum olub.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda birinci olub. Millinin üzvü “Sabah”a qarşı görüşdə 79 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb.
Araşdırmalara əsasən, Riçard Almeyda turun ən yaxşı indeksə malik futbolçusudur.
saytlarin hazirlanmasi