Hakimi təhqir edən futbolçuya 3 oyunluq cəza

16:40 - 16 Aprel 2019

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda I Divizionun son turlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar verilib:


I Divizionun XXI turunun MOİK – “Qarabağ” matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun bitdikdən sonra “Qarabağ-2” klubunun 95 №-li futbolçusu Məmməd Hüseynov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

 

I Divizionun XXII turunun “Şüvəlan” – “Kəpəz” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

    

I Divizionun XXII turunun “Qarabağ-2” – “Neftçi-2” matçının 90+8-ci dəqiqəsində “Qarabağ” klubunun 71 №-li futbolçusu Toral Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun XXII turunun MOİK – “Keşlə-2” matçında “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 86-cı dəqiqəsində “Keşlə-2” klubunun 90 №-li futbolçusu Orxan Fərəcov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

I Divizionun XXII turunun “Səbail-2”–“Qaradağ Lökbatan” matçında xərək daşıyan şəxslərin sayı Əsasnaməyə uyğun olmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur.

 

I Divizionun XXII turunun “Sumqayıt-2”–“Sabah-2” matçında xərək daşıyan şəxslərin sayı Əsasnaməyə uyğun olmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur.

Xəbər xətti