Türkiyə Super Liqasında çıxış edən "Alanyaspor" baş məşqçisi Sərgən Yalçınla bağlı qərar verib.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, klub mütəxəssisə 2 illik müqavilə təklif edib. 46 yaşlı mütəxəssis Alanya klubunun təklifi ilə razılaşıb.
Sərgən Yalçının adı "Beşiktaş"la da hallanırdı.
Qeyd edək ki, "Alanyaspor" Super Liqanın turnir cədvəlində 38 xalla 6-cıdır.
saytlarin hazirlanmasi