Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
"Səbail" səfərdə "Sumqayıt"ın qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.
Digər görüşdə isə lider "Qarabağ" autsayder "Keşlə"ni evdə 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.
“Sumqayıt” – “Səbail” - 1:2
Qollar: Peyman Babayi, 13 - Ağabala Ramazanov, 52, Oke Akpoveta, 74
Qırmızı vərəqə: Tome Kitanovski, 58 ("Səbail")
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Kapital Bank Arena”, 16:45
“Qarabağ” – “Keşlə” - 3:0
Qollar: Simeon Slavçev, 18, Riçard Almeyda, 59 (pen.), Abdullah Zubir, 75
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00
saytlarin hazirlanmasi