Qurban Qurbanov: "Hər qərara etiraz edə bilmərik"

22:14 - 18 Aprel 2019

Azərbaycan Premyer Liqasının 25-ci turunda evdə "Keşlə"yə 3:0 hesabı ilə qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb:

 

- Futbolçularımı təbrik edirəm. Yaxşı mübarizə apardılar. Rahat qalib gəldiyimiz düşünülə bilər, ancaq asan oyun olmadı. İlk qoldan sonra "Keşlə" təzyiq etdi. Onlara gələcək oyunlarda uğurlar arzu edirəm.

 

- XIII turdan bu yana qalib gəlirsiniz. Bu, nə ilə bağlıdır? "Neftçi"yə "çempion bizik" demək niyyətindəsiniz?

- "Neftçi" ilə bağlı fikir yoxdur. Biz özümüzü göstərmək üçün futbol oynamırıq. Bu hesablar dünya futbolunda da çox olur. Ən vacib oyunlarda da belə qələbələr olur. Hər oyunda daha da istəkli olmalıyıq. 

 

- Bu qələbədən sonra "Neftçi"dən 5 xal öndəsiniz. 

- Yanvardan sonra bildirmişdim ki, hamı xal itirə bilər. Qarşıdakı 3 oyun nəticəni göstərəcək. Hər komanda xallar uğrunda mübarizə aparır, hamı nəticə üçün oynayır. Bizim hər birimiz üçün çətin olacaq. Bunlara hazır olmalıyıq. 

 

Azərbaycan kubokunun finalının Naxçıvanda keçirilmək ehtimalına münasibətiniz necədi? 

- Bununla bağlı qərarı biz vermirik. Hər qərara etiraz edə bilmərik. İstərdik ki, yaxşı stadionda oynayaq. Yəqin bölgələrdə futbolu yada salmaq üçün bu addımı atırlar. Məşqçi kimi fikir bildirməyim düz olmaz. Finala çıxsaq, harda olsa, gedib meydana çıxmağa hazır olacağıq. 

Xəbər xətti