"Sumqayıt"ın əvəzedici komandası baş məşqçi Elbrus Məmmədovun rəhbərliyi altında I Divizionda uğurlu mövsüm keçirir. "Gənlik şəhəri" təmsilçisi lider MOİK-lə çempionluq uğrunda mübarizə aparır.
Komandanın baş məşqçisi Elbrus Məmmədov Sportal.az saytına açıqlamasında çempionluğun çətin olduğunu deyib:
"Divizionda sona iki tur qalıb. Dəqiq nəsə demək olmur. Üstünlük MOİK-dədir. Çempion olmaları üçün bir qələbəyə ehtiyacları var. Bu mövsümkü çıxışımızla bağlı qiyməti rəhbərlik versə, daha yaxşı olar. Məncə, pis nəticə vermədik, ikinci yerdə gedirik".
Azərbaycanın U-21 milli komandasında Milan Obradoviçin köməkçisi olan mütəxəssis mövsümün sonunda seçim etməli olacaq. O, ya klubu, ya da millini seçməlidir. Məmmədov millidə işləməyi üstün tutacağını vurğulayıb:
"Çempionat bitəndən sonra yekun qərar verəcəm. Yəqin ki, millidə işləməyi üstün tutacam".
saytlarin hazirlanmasi