Azərbaycan kubokunda finalçılar müəyyənləşib.
Sportal.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" ilk oyunda 0:1 hesabı ilə uduzduğu "Qəbələ"ni qəbul edib. Oyunda ağdamlılar 2:1 hesabı ilə qalib gəlsə də, finala "Qəbələ" yüksəlib.
Digər yarımfinal oyununda "Zirə" “Sumqayıt”ı qəbul edib. İlk oyunda olduğu kimi, cavab matçı da heç-heçə ilə başa çatıb - 3:3. Bu nəticə "Sumqayıt"ı tarixində ilk dəfə ölkə kubokunun finalına çıxarıb.
Kubokun finalında "Sumqayıt"la "Qəbələ" qarşılaşacaq. Həlledici görüş Naxçıvanda baş tutacaq.
Azərbaycan Kuboku
Yarımfinal
1 may (çərşənbə)
17:00. "Qarabağ" - "Qəbələ" - 2:1
Qollar: Miçel, 37, Dani Kintana, 58 - Davit Volkov, 81
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
Tofiq Bəhramov arına Respublika Stadionu
İlk oyun - 0:1
20:00. "Zirə" - "Sumqayıt" - 3:3
Qollar: Pərdis-Fərcad Azad, 47, Xulio Sezar Rodriqes, 84, Şafik Tiqurca, 90+5 - Peyman Babayi, 19, 27, 45
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Zirə İdman Kompleksinin stadionu.
İlk oyun - 0:0.
saytlarin hazirlanmasi