"Qəbələ" Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"ı mübarizədən kənarlaşdırıb və finala yüksəlib.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın prezidenti prezidenti Fariz Nəcəfov oyundan sonra jurnalistlərə müsahibə verib. O, öncə oyunla bağlı danışıb:
- Bilirdik ki, ağır oyun olacaq. Gözlədiyimiz kimi də oldu. Komandanı təbrik edirəm. Finala kimi daha öncə də gəlmişik, ancaq son nöqtəni qoymamışıq. Ümid edirəm ki, mayın 19-da layiqli oyun göstərərək, kuboku qazanacağıq.
- Artıq ardıcıl 3-cü dəfədir ki, finala yüksəldiniz.
- Bəli, ümumilikdə isə 4 dəfə final oynamışıq. Ancaq biz bu titula yiyələnə bilməmişik. İnanıram ki, bu dəfə kuboku qazanarıq.
- “Qarabağ” hesabda 2:0 öndə olanda komandaya inanırdınız?
- Mən bu komandaya həmişə sona qədər inanmışam. Uduzsaq da, udsaq da, onlara inamım var. İnanmasaq, işimizin mənası və məqsədi olmaz.
- Finalda hansı komanda ilə qarşılaşmaq istərdiniz?
- Fərqi yoxdur.
- Finalın Naxçıvanda keçirilməsinə münasibətiniz necədir?
- Artıq qərar verilib. Bununla bağlı nəsə danışsam, yanlışlıq olardı. Daha öncə bu barədə münasibət öyrənilməyib. Ona görə də oyun harada keçirilməsində asılı olmayaraq, ciddi hazırlaşmalıyıq.
- “Qəbələ”də büdcənin azaldılacağı ilə bağlı iddialar dolaşır. Kuboku qazansanız, planlar necə olacaq?
- Bu barədə hər şeyi danışa bilmirəm. Kubokla çempionatın bizim qərarlaırımıza təsiri olmayacaq. Əvvəlcədən planlaşdırığımız kimi gedirik. Komandanın gələcək strategiyası ilə bağlı yaxınlarda açıqlama olacaq.
saytlarin hazirlanmasi