Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Qəbələ” (2:1, ilk oyun – 0:1) matçından sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:
- Rəqibi təbrik edirəm. Kubok oyunları hər zaman fərqli olur. Oyunçularım yaxşı oyun göstəridlər. Bir epiozda diqqətsizlik baha başa gəldi. Komandadan razıyam. Uduzmağı da bacarmalıyıq.
- Matçdan sonra belə nəticəyə görə komandaya etirazınızı bildirdiz?
- Futbolçulara etiraz bildirəsi bir səbəb yox idi. Çox istəkli idilər. Sadəcə bəzi diqqətsizlik belə olmasına gətrib çıxardı. Məğlub olamağı da bacramalıyıq.
- 2-ci qoldan sonra komandada arxayınlıq yaranmamışdı?
- Qətiyyən yox. Elə bir şey yox idi. İlk hissədə rəqibin hücümları var idi. İkinci hissədə də yaxşı şanslarımız oldu. Ancaq rəqib geridə olduğu üçün daha çox hücum edirdi. Biz həmin dəqiqələrdə diqqətli olmalıydıq. Oyun tam biz də olsa da, alınmadı.