Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində "Qarabağ" evdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, ilk oyunda 1:0 hesabı ilə qalib gələn "Qəbələ" səfər qolu sayəsində finala yüksəlib.
"Qırmızı-qaralar" ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə ölkə kubokunda finala yüksəlib. "Qəbələ" heç vaxt Azərbaycan kubokunu qazanmayıb.
"Qarabağ" - "Qəbələ" - 2:1
Qollar: Miçel, 37, Dani Kintana, 58 - Davit Volkov, 81
İlk oyun: 0:1
saytlarin hazirlanmasi