"Neftçi" favorit sayılacaq səviyyədə deyil" - MÜSAHİBƏ

18:03 - 24 İyul 2019

Rusiyanın "Arsenal" klubunun keçmiş baş məşqçisi Sergey Kiryakov müsahibə verib.

 

Sportal.az sportbox.ru-ya istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Arsenal" - "Neftçi" oyunu haqda danışıb.

 

- İndiki "Arsenal"ı necə dəyərləndirirsiniz? Tulalılar Avropa Liqasındakı debütünə yaxşı hazırlaşdığı görünür.

- Mütəxəssislərin əksəriyyəti bəzi futbolçuların gedişindən sonra "Arsenal"ı heç də ən yaxşı vaxtların gözləmədiyini proqnozlaşdırsa da, görünən odur ki, "topçular" itkiləri sığortalaya bilib. Tulaların Rusiya çempionatının ilk iki turunda yaxşı peformans göstərdiyini söyləyə bilərik. Komandanın iki oyuna dörd xal qazanması Avropa Liqasında keçirəcəyi oyunlara ilham verir.

 

- "Arsenal"ı "Neftçi" ilə oyunlarda hansı təhlükələr gözləyir?

- Bütün nüansları və arqumentləri bir araya gətirsəm, burada böyük təhlükə görmürəm. Ajiotajı olan önəmli oyundur. Hətta Tulada anşlaq olacağını deyirlər. Həm komanda, həm də futbolçular üçün beynəlxalq arenada özlərini ifadə etmək üçün vacibdir. Bu səbəbdən də problem olacağını düşünmürəm. Komanda meydana çıxacaq və mübarizə aparacaq. "Neftçi" favorit sayılacaq səviyyədə deyil. Ev amilini də qeyd eləmək lazımdı. "Arsenal" yaxşı nəticə qazanmalıdır ki, iki oyunun nəticəsinə görə mərhələni keçə bilsin. Fikrimcə, "topçular" bunu bacaracaq.

 

- Keçmiş futbolçu kimi Azərbaycan klublarına xas olan oyun komponentlərini sadalaya bilərsiniz?

- Onlarda ənənəvi olaraq texnikalı oyunçular olur. Rəqib imkan verəndə boş sahədə oynamağı sevirlər. Onlara qarşı sıx oynayıb, belə imkanların qarşısını alanda özlərini itirirlə. Buna görə də çox şeyləri meydanda edə bilmirlər. Məncə də əsas fikir "Neftçi"nin texnikalı oyunçularına yönələcək ki, sərbəst oynamasınlar. "Arsenal"da pressinq etmək və mövqe futbolu göstərmək potensialına malik oyunçular var. Ona görə də rəqibin texnikalı futbolçularının həlledici rol oynaya biləcəyi ilə bağlı təhlükə görmürəm.

 

- "Neftçi"nin kapitanı Emin Mahmudov səviyyələrinin Rusiya Premyer Liqasının ikinci səkkizliyinə uyğun olduğunu deyib. Sizcə, o, "Arsenal"ın rəqibi ciddiyə almaması üçün belə deyə bilər?

- Belə açıqlamaların rəqibə təsir etmək üçün verildiyini bilirik. Belədirmi? Görəcəyik. Demək olar ki, hamımız - mütəxəssislər və jurnalistlər Azərbaycan çempionatını izləmədiyi üçün "Neftçi"nin necə səviyyədə olduğunu demək çətindir. Məncə, çempionatlar arasında fərq olduqca böyükdür. Oyunda hər şeyi görəcəyik.

 

 

 

 

Xəbər xətti