Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Sportal.az xəbər verir ki, ötən mövsüm Azərbaycan kubokunun qalibi olan “Qəbələ” mübarizəyə start verib. "Qırmızı-qaralar" evdə Tbilisi “Dinamo”sunu qəbul edib və 0:2 hesabı ilə uduzub.
Cütün cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək. Qalib komanda III mərhələdə Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.
25 iyul
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
19:00. "Qəbələ" - "Dinamo" 0:2
Qollar: Levan Kutalia, 41, Arfanq Daffe, 87
Baş hakim: Nikolas Uolş (Şotlandiya)
Qəbələ şəhər stadionu