"Roberto Bordin mənə ehtiyac duymadığını dedi" - MÜSAHİBƏ

01:05 - 26 İyul 2019

Gürcüstanın "Dinamo" (Tbilisi) klubunun hücumçusu Kvame Karikari Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı qanalı forvard öncə oyunu şərh edib:

 

- Çətin matç keçdi. Yaxşı oyun sərgilədik. Nizamlı oynadıq və qalib gəldik. 

 

- Belə qələbəni gözləyirdiniz?
- Oyundan öncə düşünmürdük ki, meydana çıxanda 2-3 top vurub, qalib gələk. Ancaq hədəfimiz qələbə idi. Növbəti mərhələyə yüksəlmək üçün səfərdə qalib gəlmək önəmli idi.

 

- Növbəti mərhələni təmin etdiyinizi demək olar?
- Bilirsiniz, bu, futboldur. Nəsə demək çətindir. Futbolda istənilən hesab qeydə alınır. Deyə bilmərəm ki, növbəti mərhələni təmin etmişik. Cavab matçında da bu cür oynamalıyıq.

 

- "Neftçi"dən gedişin gözlənilməz oldu. Oyunun alınmadı, yoxsa Roberto Şans vermədi?
- "Neftçi"də özümü xoşbəxt hiss edirdim. Nəinki Bordinlə, başqası ilə də problemim olmayıb. Sadəcə, baş məşqçi mənə şans vermədi. Mən isə şans qazanmağı arzulayırdım. Baş məşqçi inanmadı, mən də oynamaq üçün getdim.

 

- Səudiyyə Ərəbistanı klubunundan icarədən qayıdadandan sonra "Neftçi"də niyə qalmadın? Müqavilən hələ bitməmişdi.
- "Neftçi" ilə danışdım. Baş məşqçi mənə planlarda olmadığımı, ehtiyac duymadığını dedi. Buna görə də getməyə qərar verdim. Belə şəraitdə qala bilməzdim.

Xəbər xətti