Maksim Medvedevdən "Qarabağ"a sevindirici xəbər

23:50 - 27 İyul 2019

Çempionlar Liqasının II təsnifat mərhələsinin "Dandolk"la keçirilən səfər oyununda (1:1) zədələnən Maksim Medvedev məşqlərə başlayıb.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi kollektiv məşqlərə qoşulub.

 

Bundan əlavə, ilk oyunu buraxan Filip Ozobiçlə Miçel də cavab görüşündə oynamağa hazırdır. Bədavi Hüseynov isə zədə səbəbindən yenə kənarda qalacaq.

 

İyulun 31-i "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dundalk" oyununun start fiti 21:00-da səslənəcək.

Xəbər xətti