Azərbaycan millisinin üzvü Eddi Silvestr Paskual İsrafilov İspaniya Sequndasında çıxış edən "Alkorkon" klubundan ayrılmağa hazırlaşır.
Sportal.az 5maseldescuento.es-ə istinadən xəbər verir ki, Anqola əsilli futbolçu komandanın baş məşqçisi Fran Fernandesin gələcək planlarına daxil deyil.
26 yaşlı futbolçu komandanın təlim-məşq toplanışına aparılmayıb. Onun xidmətində Sequndanın digər təmsilçisi "Albasete" maraqlıdır.
İsrafilov 2018-ci ildən "Alkorkon"da çıxış edir. Onun müqaviləsinin başa çatmasına bir il qalıb. Eddi ötən mövsüm Sequndada 29 oyuna (2347 dəqiqə) 1 qol vurub, 16 sarı vərəqə alıb.
saytlarin hazirlanmasi