"Qarabağ"ın transfer hədəfində olan növbəti futbolçu məlum olub.
Sportal.az "Sunderland Echo"ya istinadən xəbər verir ki, Ağdam təmsilçisi İngiltərənin "Sanderlend" klubunun qapıçısı Con Maklafinlə maraqlanır.
Lakin klub sahibi Stüart Donald 31 yaşlı qapıçını satmaq istəmədiklərini deyib.
Şotlandiya millisində bir oyun keçirmiş qolkiperlə Bolqarıstanın "Ludoqorets" və Türkiyənin "Trabzonspor" klubları da maraqlanır.
Maklafin 2018-ci ildən "qara pişiklər"də çıxış edir.
saytlarin hazirlanmasi