"Qarabağ" italiyalı qapıçını transfer edir

19:30 - 29 İyul 2019

İtaliyanın "Udineze" klubunun qapıçısı Simone Skuffetin "Qarabağ"la adı hallanmağa davam edir.

 

Sportal.az "tuttoudinese"yə istinadən xəbər verir ki, 23 yaşlı qapıçının daha öncə Ağdam təmsilçisinə keçməcəyi barədə xəbər yayılsa da, klubların hazırda danışıqlar apardığı iddia edilir. 

 

Xəbərdə qeyd edilib ki, "Qarabağ" maaş təklifini bir qədər də artırsa, anlaşma əldə olunacaq. Danışıqlar müsbət tamamlansa, Skuffet icarə əsasında "Qarabağ"da çıxış edəcək.

 

"Udineze"nin yetirməsi olan Simone Skuffet 2013-cü ildən bu klubun əsas komandasında yer alır. Qolkiper son mövsümü Türkiyənin "Kasımpaşa" klubunda keçirib. Skuffet İtaliyanın U-17, U-18, U-19 və U-21 yığmalarının fomasını geyinib.

 

İtaliyada istedadlı qapıçı kimi göstərilən Simonenin "Udineze" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Xəbər xətti