"Monako"nun hücumçusu Radamel Falkao Türkiyənin "Qalatasaray" klubu ilə anlaşıb.
Sportal.az "Alfredo Pedulla" qəzetinə istinadən istinadən xəbər verir ki, Kolumbiya millisinin üzvüylə 3 illik razılıq əldə edilib.
33 yaşlı forvard "Qalatasaray"da 3 il ərzində 18 milyon avrodan çox məvacib alacaq. Transferin növbəti həftə rəsmiləşməsi gözlənilir.
Falkao "Monako"da vergilər xaric illik 8,5 milyon avro qazanır. Təcrübəli forvardın "knyazlıq klubu" ilə müqaviləsi 2020-ci ilin yayında başa çatır.
"Monako" Falkaonu 2013-cü ildə "Atletiko"dan 60 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi