Mahir İspaniya klubunda oynaya bilər

13:01 - 30 İyul 2019

"Qarabağ"ın hücumçusu Mahir Emreli karyerasını İspaniyada davam etdirə bilər.

 

Sportal.az besoccer.com-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Sequnda klublarının transfer hədəfindədir. Klubların adı açıqlanmasa da, komandaların Mahirlə ciddi şəkildə maraqlandığı vurğulanıb.

 

Emrelinin 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə görüşlərdə özünü göstərdiyi qeyd edilib.

 

Azərbaycan millisinin üzvü ötən mövsüm 16 qolla Premyer Liqanın bombardiri olub.

Xəbər xətti