"Dandolk" "Qarabağ"la oyuna ciddi itkiylə çıxacaq

14:46 - 30 İyul 2019

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”ın qonağı olacaq İrlandiyanın “Dandolk” klubu ciddi itki ilə üzləşib.

 

Sportal.az "Irish Mirror"a istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Robbi Benson zədəli olduğu üçün oyunu buraxacaq. İlk oyunda xəsarət alan 27 yaşlı futbolçu Bakıya gətirilməyib.

 

İyulun 31-i “Dalğa Arena” keçiriləcək "Qarabağ" - "Dandolk" görüşünün start fiti 21:00-da səslənəcək.

 

Cütün ilk oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Xəbər xətti