Çempionlar Liqasında yarımfinalın təqvimi bilindi

09:59 - 14 Aprel 2022

Çempionlar Liqasının yarımfinal mərhələsinin təqvimi məlum olub.

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, matçlar aprelin 26-27-də və mayın 3-4-də olacaq.

"Mançester Siti" bu raundda "Real"la qarşılaşacaq. "Şəhərlilər" ilk matçını aprelin 26-da İngiltərədə keçirəcək. Cavab oyunu mayın 4-də olacaq.

“Liverpul” – “Vilyarreal” arasında ilk görüş aprelin 27-də İngiltərədə, cavab qarşılaşması isə mayın 3-də İspaniyada keçiriləcək.

​Bütün oyunlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər xətti