Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.
Günün ilk matçında "Atalanta" "Leypsiq"i qəbul edəcək. Komandalar arasındakı ilk qoyunda qollu bərabərlik qeydə alınıb - 1:1.
Turnirin favoritlərindən "Barselona" "Kamp Nou"da "Ayntraxt"la üz-üzə gələcək. Bu komandalar arasında Almaniyada baş tutan görüşdə qalib müəyyənləşməyib.
Avropa Liqası
1/4 final, cavab oyunları
14 aprel
20:45. "Atalanta" (İtaliya) - "Leypsiq" (Almaniya)
İlk oyun - 1:1
23:00. "Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya)
İlk oyun - 1:1
23:00. "Lion" (Fransa) - "Vest Hem" (İngiltərə)
İlk oyun - 1:1
23:00. "Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)
İlk oyun - 0:1
