Simeone "Mançester Siti" ilə oyun haqda: "Özümüzün əzmkarlığını alqışladım"

12:58 - 14 Aprel 2022

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında "Mançester Siti"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis komandasını təbrik edib:

​"Mən Qvardiolanın komandasını deyil, özümüzün əzmkarlığını alqışladım. Rəqib meydanda vaxt aparırdı. Bu haqda bir şey deyə bilməyəcəm. Qərarı verən hakimdir. Rəqibi təbrik edirəm. Buraya qədər gəlməyimizlə qürur duyuram".

Xəbər xətti