"Mançester Siti" Çempionlar Liqasında yarımfinala yüksəlib.
Sportal.az xəbər verir ki, "şəhərlilər"in çalışdırıcısı Xosep Qvardiola karyerasında 9-cu dəfə turnirdə bu uğura imza atıb. O, bu göstəricidə 8 dəfə yarımfinallara çıxan Karlo Ançelotti və Joze Mourinyonu qabaqlayıb.
Qvardiola "Barselona" ilə 4, "Bavariya" ilə 3, "Mançester Siti" ilə isə 2 dəfə ÇL-in yarımfinalına çıxıb.
