Mustafayev Polşa millisində çıxış edəcək

14:14 - 14 Aprel 2022

Bir müddət əvvəl Azərbaycan millisində oynamaqdan imtina edən "Legiya"nın futbolçusu Ramil Mustafayev Rusiya yığmasında da oynamayacaq. 

Sportal.az “Matç TV”yə istinadən xəbər verir ki, 18 yaşlı müdafiəçi Polşa millisində oynamaq fikrindədi.

Uzun müddətdir ki, Polşada yaşayan Mustafayev bu ölkənin yığmasında oynamaq üçün lazımı sənədləri federasiyaya təqdim edib. AFFA-dan yığmada oynamaq üçün təklif almış Mustafayev yayda "Stal"dan "Legiya"ya keçib.

Xəbər xətti