"Real"ın sabiq futbolçusu vəfat etdi

14:47 - 14 Aprel 2022

"Real"ın sabiq futbolçusu Freddi Rinkon vəfat edib.

Sportal.az xəbər verir ki, 55 yaşlı veteran futbolçu avtomobil qəzasına düşdükdən sonra dünyasını dəyişib.

Kolumbiyalı keçmiş oyunçunun içərisində olduğu maşın Kali şəhərində aprelin 12-də avtobusla toqquşmuş, nəticədə Rinkon başından ciddi xəsarət almışdı. Həkimlər onun həyatını xilas edə bilməyib.

Freddi Rinkon 1995-1996-cı illərdə "Real"ın formasını geyinib. O, 1990-2001-ci illərdə Kolumbiya millisinə dəvət edilib. 

Xəbər xətti