Almaniyanın "Şalke" klubu türkiyəli müdafiəçi Ozan Kabakla yollarını ayırmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, II Bundesliqa klubu mövsümün sonunda 22 yaşlı mərkəz müdafiəçisini satışa çıxaracaq. Gelzenkirxen təmsilçisi Türkiyə millisinin üzvünün satışından 10-12 milyon avro gəlir əldə etməyi düşünür.
Qeyd edək ki, Ozan Kabak İngiltərənin "Norviç Siti" klubuna icarəyə vermişdi. Premyer Liqa təmsilçisinin heyətində 12 matçda meydana çıxan futbolçu zədə səbəbindən mövsümü erkən başa vurmalı olub və "Şalke"nin düşərgəsinə qayıdıb.
saytlarin hazirlanmasi
