Yığmamızın Norveçlə matçının başlama saatı dəqiqləşdi

10:12 - 15 Aprel 2022

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Norveç yığmasına qarşı keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.

Sportal.az xəbər verir ki, İyunun 14-də Bakı vaxtı ilə saat 20:00 başlayacaq Norveç – Azərbaycan qarşılaşması Drammen şəhərindəki "Marienlyst Stadium"da keçiriləcək.

​Azərbaycan yığması A qrupunda keçirdiyi 7 oyunda 1 qələbə qazanıb, 1 dəfə də heç-heçə edib. 

Xəbər xətti